Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final görüşünə çıxıb.
"Report" xəbər verir ki, yığma Kipr seçməsi ilə üz-üzə gəlib.
Komanda rəqibini 20:18 hesabı ilə üstələyərək Avropa Kubokuna vəsiqə qazanıb.
Qeyd edək ki, əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.
Xatırladaq ki, daha əvvəl qadınlardan ibarət milli də final mərhələsinə yüksəlib.
21:43
Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti görüşünə çıxıb.
"Report" xəbər verir ki, yığma yarımfinalda İrlandiyaya 21:12 hesabı ilə qalib gəlib.
Komanda finalda Kipr ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.