Bakı. 9 yanvar. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinin oyunlarına Bakıda hazırlaşacaq.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, təlim-məşq toplanışı yanvarın 10-da başlanacaq.
Yanvarın 27-dək davam edəcək toplanışa 15 futzalçı dəvət alıb:
N | ADI, SOYAD | KLUB |
| 1 | Rövşən Hüseynli | Araz |
| 2 | Rizvan Fərzəliyev | Araz |
| 3 | Eduardo Mello Borges | Araz |
| 4 | Everton Kardoso | Araz |
| 5 | Ramiz Çovdarov | Araz |
| 6 | Thiaqo Teles Martins | Araz |
| 7 | İsa Atayev | Araz |
| 8 | Anar Məmmədov | Araz |
| 9 | Xətai Bağırov | Araz |
| 10 | Samir Həmzəyev | EKOL |
| 11 | Emin Kürdov | EKOL |
| 12 | Namiq Məmmədkərimov | EKOL |
| 13 | Villiams Oliveira Do Nascimento “Vassoura” | Al Dhafra, BƏƏ |
| 14 | Fineo de Araujo | Agleymina Hamamatsu(Yaponiya) |
| 15 | Vitali Borisov | Ekonomaç (Serbiya) |
Vitali Borisov, Fineo de Araujo və Villiams Oliveira Do Nascimento “Vassoura” komandaya yanvarın 18-də qoşulacaq.
Qeyd edək ki, yanvarın 30-dan fevralın 10-dək Sloveniyada keçiriləcək Avropa çempionatında Azərbaycan millisi İspaniya və Fransa ilə eyni qrupda mübarizə aparacaq.