Azərbaycan Yüksək Liqalarında legioner limitinin dəyişdirilməsi planlaşdırılır

Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında legioner limitinin dəyişdirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Bildirilib ki, klubların heyətində yerli voleybolçuların oyun təcrübəsi əldə etməsi, yeni nəsil voleybolçuların daha tez inkişaf etməsi və gənc, yerli idmançılara tələbatın yaranması məqsədilə ötən mövsümdən etibarən əcnəbi oyunçuların həm transferləri, həm də meydanda olması ilə bağlı limitlər tətbiq edilir:

"Hazırda klubların sifariş vərəqələrində ən çoxu 6, meydanda isə ən çoxu 5 əcnəbi voleybolçu iştirak edə bilər. Bu limitin növbəti mövsümdə artırılması planlaşdırılır".

Digər xəbərlər