Azərbaycan millisi çövkən üzrə dünya çempionatına qələbə ilə başlayıb

Bakı şəhərində keçirilən çövkən üzrə 2-ci dünya çempionatının ilk oyununda Azərbaycan və Özbəkistan milli komandaları qarşılaşıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşdə Azərbaycan millisi rəqibinə 4:2 hesabı ilə qalib gəlib.

Beləliklə, Azərbaycan millisi çövkən üzrə 2-ci dünya çempionatına uğurlu start verib.

Digər xəbərlər