Azərbaycan Basketbol Liqasında "Gəncə" "Neftçi"yə qalib gəlib

Azərbaycan Basketbol Liqasında VIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, A qrupunda yer alan kollektivlərin duelində "Gəncə" "Neftçi"yə 80:73 hesabı ilə qalib gəlib.

Görüş "Sərhədçi" İdman Mərkəzində baş tutub.

Qeyd edək ki, turun açılış qarşılaşmasında "Ordu" "Sərhədçi"ni (100:64) məğlub edib.

Digər xəbərlər