Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub.
"Report"un məlumatına görə, sonuncu matçda "Sabah" "NTD-İndiqo"nun qonağı olub.
Xaçmazda gerçəkləşən qarşılaşma paytaxt təmsilçisinin 83:79 hesablı qələbəsi ilə bitib.
Bu nəticədən sonra "Sabah" 21 xalla çempionatın vahid lideri olub. Meydan sahibləri isə 20 xalla ikinci sırada qərarlaşıb.