Ayşən Abduləzimova: "Finaldakı rəqibimizi düşünmürük, əsas öz hazırlığımızdır"

Qadınlardan ibarət "Turan" voleybol komandası Azərbaycan Yüksək Liqasının finalında qarşılaşacağı rəqibini düşünmür.

"Report"un Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, bunu adıçəkilən klubun voleybolçusu Ayşən Abduləzimova jurnalistlərə açıqlamasında deyib.

O, "Gəncə"ya qarşı keçirdikləri yarımfinal oyunu barədə danışıb:

"İlk növbədə bütün azarkeşlərimizi təbrik edirəm. Hər iki oyunda 3:0 hesablı qələbə qazandıq. Qarşıda final oyunumuz var. Güclü olan qalib gəlsin. Çempion olmaq istəyirik. Əsas odur ki, komanda həlledici görüşdə güclü oynasın. Rəqibi düşünmürük, əsas öz hazırlığımızdır. Təəssüf ki, Azərbaycanda final mərhələsi bir oyundan ibarətdir".

Qeyd edək ki, "Turan" yarımfinalda "Gəncə"ni hər iki görüşdə 3:0 hesabı ilə məğlub edərək finalda "DH Volley" kollektivinə rəqib olub.

Digər xəbərlər