Avropa çempionatı: Azərbaycan millisi ikinci matçda da məğlub olub

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

"Report"un məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupunda Monteneqronu qəbul edib.

Bakı İdman Sarayında keçirilən görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 104:62.

Qeyd edək ki, yığma seçmə mərhələdəki ilk matçda Bolqarıstan millisinə 48:141 hesabı ilə məğlub olmuşdu.

Digər xəbərlər