ABŞ-nin Oklahoma ştatındakı Konnors kollecinin basketbolçusu Ethan Dits oyun zamanı başından aldığı zədədən sonra dünyasını dəyişib.
"Report" "ESPN" nəşrinə istinadən xəbər verir ki, o, kəllə-beyin travması aldıqdan bir neçə dəqiqə sonra vəfat edib.
Onun ölümündən sonra komandasının növbəti turdakı matçları təxirə salınıb.
Qeyd edək ki, Ethan Dits cari mövsümdə oynadığı 8 oyunda ortalama 11 xal göstərici ilə çıxış edib.