Milli Basketbol Assosiasiyası (NBA) təmsilçisi "Dallas"ın amerikalı forvardı Kuper Fleqq çempionatın tarixinə düşüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, NBA-da bir oyunda 40-dan çox xal toplayan ilk 18 yaşlı oyunçu olub.
Basketbolçu bunu "Yuta" ilə səfər oyununda 42 xal toplamaqla reallaşdırıb. Qarşılaşma "Yuta"nın əlavə vaxtda 140:133 hesablı qələbəsi ilə başa çatıb. Hesabında 7 ribaund və 6 ötürmə də olan Fleqq görüşün ən məhsuldar oyunçusu olub.
Qeyd edək ki, Kuper Fleqq ABŞ yığmasının heyətində 2022-ci ildə gənclər arasında dünya çempionatının qızıl medalını qazanıb.