Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 1 milyard 490 milyon 515 min 800 manat olub.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,6 % çoxdur.
Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 3,2 % artaraq 3 159,8 manat olub.