Bakı. 1 yanvar. REPORT.AZ/ Litva 1 yanvar 2015-ci il tarixindən etibarən öz milli valyutasından imtina edib və rəsmi olaraq avrozonaya qoşulan 19-cu ölkə olub.
"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, Litva avrozonaya qoşulan sonuncu Baltikyanı ölkə olub.
Litva avrozonaya hələ 2007-ci ildə qoşulmağa hazırlaşıb, lakin 2,7%-lik yüksək inflyasiya onun bu addımı atmasının qarşısını alıb.
Kommersiya bankları məzənnə mübadiləsini yarım il ərzində eyni şərtlərlə həyata keçirəcək. Bank hesablarında olan litlər (milli valyuta) yanvarın 1-də avtomatik və pulsuz olaraq avroya konversiya ediləcək.