Bakı. 19 dekabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) cümə axşamı öz yekun sənədində 2015-2017-ci illərdə yeni investisiyalar üçün 315 milyard avronun səfərbər edilməsi məqsədi ilə Avropa Strateji İnvestisiya Fondunun yaradılmasına çağırıb.
"Report"un "İnterfax"a istinadən verdiyi xəbərə görə, Brüsseldə Aİ-nin sammitində bu məsələnin müzakirəsinin yekunu üzrə yayılan sənəddə qeyd olunur ki, Avropa Komissiyası artıq 2015-ci ilin ortalarında yeni investisiyaların aktivləşdirilə bilməsi üçün iyunda Avropa Parlamenti ilə razılaşdırılması ehtimal olunan təklifləri artıq 2015-ci ilin yanvar ayında təqdim etməlidir.
Avropa liderləri, həmçinin göstəriblər ki, vergidən yayınma və həm qlobal, həm də Aİ səviyyəsində aqressiv vergi planlaşdırılmasına qarşı mübarizədə səylərin artırılmasına zəruri ehtiyac var.