Zəngəzur dəhlizinin alternativlərindən daha çox yük cəlb edəcəyi gözlənilir

Zəngəzur dəhlizinin qısa tranzit müddəti sayəsində alternativlərindən daha çox yük cəlb edəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundova "EU Business Climate Report Azerbaijan 2025/2026" hesabatını təqdim edərkən bildirib.

"Bununla yanaşı, Türkiyənin də liman imkanlarını genişləndirməsinə ehtiyac yarana bilər, çünki bu ölkədə də müəyyən məhdudiyyətlər mövcuddur. Dəhlizin açılış vaxtı, fəaliyyətə başlama şərtləri və ətrafındakı geosiyasi vəziyyətlə bağlı isə qeyri-müəyyənlik qalmaqdadır.

Gömrük və ticarətin asanlaşdırılması məsələsinə gəldikdə, idxal rüsumlarının yüksək, gömrük prosedurlarının isə mürəkkəb olduğu qeyd edilir. Risk əsaslı yanaşmanın tətbiqi və beynəlxalq sertifikatların tanınması istiqamətində addımların atılmasına ehtiyac var. Həmçinin proqram təminatı interfeyslərinin (API) tətbiqi və gömrük sistemlərinin müəssisələrin resurslarının planlaşdırılması (ERP) sistemləri ilə inteqrasiyası gələcəkdə faydalı və arzuolunan yeniliklər kimi qiymətləndirilir", - deyə o qeyd edib.

Digər xəbərlər