"Hazırda "Bakı Metropoliteni" QSC-nin 280 vaqonu var və bunun 55-i 4-cü nəsil vaqonlardır".
"Report" xəbər verir ki, bunu qurumun sədri Zaur Hüseynov deyib.
Onun sözlərinə görə, həmin vaqonlarda kondisioner olsa da, köhnə vaqonlarda onu quraşdırmaq mümkün deyil: "Bununla bağlı biz istehsalçıya müraciət etdik, amma qəti olaraq "Yox" cavabı aldıq".