Xırdalanda 1,6 milyon manatlıq təmir işləri görüləcək

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi mənzil fondu (1) və yolların (2) təmirinə dair elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, hər iki tenderin qalibi "Uğurlu İnşaat" MMC-dir.

Qalib şirkətə müvafiq olaraq 383 min manat və 1,2 milyon manat, ümumilikdə isə 1,583 milyon manat ödəniləcək.

Digər xəbərlər