Xaçmaz şəhərində yerləşən mədəniyyət və istirahət parkında abadlıq işləri davam edir.
"Report" xəbər verir ki, parkın ərazisində gəzinti yolları bərpa olunur və tamet daşları ilə döşənir. Yaşıllıq sahələri genişləndirilir, oturacaqlar və istirahət guşələri yenilənir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev parkda görülən işlərlə tanış olub və müvafiq tapşırıqlar verib.