Voronejdən Bakıya birbaşa müntəzəm aviareyslər açılır

Bakı. 15 fevral. REPORT.AZ/ Bu il Rusiyanın Voronej vilayətindən Azərbaycana birbaşa müntəzəm aviareyslərin açılması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Voronej hava limanının baş direktoru Aleksandr Belyeviç beynəlxalq biznes-forumda məlumat verib.

Onun sözlərinə görə, birbaşa aviareyslər Voronej ilə Bakını əlaqələndirəcək.

Digər xəbərlər