Vladislav Plotnikov küçəsində hərəkət birtərəfli təmin ediləcək

Vladislav Plotnikov küçəsində hərəkət birtərəfli təmin ediləcək.

Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu dəyişiklik Nəqliyyatın Əlaqələndirmə Şurasının müvafiq qərarına əsasən icra olunur.

"Öncə yolda nəqliyyat vasitələrinin qarşı-qarşıya hərəkəti zamanı avtomobillər bir-birinə mane olduğundan hərəkət təhlükəsizliyi qorunmurdu", - məlumatda vurğulanıb.

Digər xəbərlər