Bu ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 27 milyon 142,5 min ton, yük dövriyyәsi isә 6 milyard 408,3 milyon ton/km olub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 28 min ton və yaxud 0,1 % azdır.
Son 1 ildə yük dövriyyəsi isə 139,2 milyon ton/km və yaxud 2,2 % çoxdur.
Hesabat dövründə yüklərin 15 milyon 224,1 min tonu və yaxud 56,1 %-i avtomobil nəqliyyatı, 8 milyon 819,3 min tonu və ya 32,5 %-i dəmir yolu nəqliyyatı, 3 milyon 099,1 min tonu və yaxud 11,4 %-i dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 22,3 %-ni və yaxud 6 milyon 043,1 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 543,1 min ton və yaxud 9,9 % çoxdur.
Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.