Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə Lənkəranda 7 obyektin tikintisinə icazə verilib.
“Report” bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bunlar Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, 118-də yerləşən 5 xalq təhsili müəssisəsi, 1 müvəqqəti yaşayış binası və nəqliyyat bina və qurğusudur.
"MS Architectural" MMC firmasının inşa edəcəyi regiondakı obyektlərin tikintisinə Lənkəran Şəhəri İcra Hakimiyyəti icazə verib.