Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılmasına 4 milyon 494 min 600 manat vəsait xərclənəcək.
"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Tikinti işləri "ENSOL" MMC-yə həvalə olunub. O, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin elan etdiyi tenderin qalibi olub.
Müqaviləyə əsasən, tikinti işlərini bir il ərzində, yəni gələn il sentyabrın 27-də yekunlaşdırılması planlaşdırılır.