Sumqayıt-Bakı qatarında texniki problem olub

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarının qapılarında texniki problem yaranıb.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, sərnişinlər stansiyalardan birində düşürülüb və digər qatara mindirilib.

Hazırda Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qrafik üzrə hərəkət edir.

Digər xəbərlər

Gəncə Sukanal ləğv olunur 13 mart, 2026 / 16:55