“Azərbaycan Dəmir Yolları” QSC Sumqayıt-Bakı qatarının gecikməsinə münasibət bildirib.
Qurumdan "Report"a verilən məlumata görə, buna səbəb güclü külək əsməsi nəticəsində cərəyan qəbuledici naqillərin zədələnməsidir.
Odur ki, qatarların hərəkət qrafikində cüzi kənara çıxma halları (6-8 dəqiqə) qeydə alınıb.
09:26
Bu gün saat 07:35-də Sumqayıtdan Bakıya hərəkət etməli olan sürətli sərnişin qatarı 17 dəqiqə gec - saat 07:52-də yola düşüb.
Bu barədə "Report"a sərnişinlər məlumat verib.
Bundan başqa, onların sözlərinə görə, saat 07:45-də yola düşməli olan Sumqayıt-Bakı ekspres qatarı saat 08:01-də yola çıxıb.
Gecikmənin səbəbi hələ ki, məlum deyil.