Saleh Məmmədov Şabranda vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran rayonunda vətəndaşları qəbul edib.

"Report" quruma istinadən xəbər verir ki, qəbulda Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların şikayətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlər görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Digər xəbərlər

Qubada WUF13 Festivalı başlayıb 30 aprel, 2026 / 13:51