Rusiya Azərbaycanla dəmir yolu əlaqələrini dayandırdı

Rusiya hökuməti bu gündən Azərbaycan və Özbəkistanla dəmir yolu nəqliyyatı ilə sərnişin daşımanı müvəqqəti dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rusiya dəmir yolları” SC-nin açıqlamasında bildirilir.

Açıqlamaya görə, bu addım COVİD-19 virusunun yayılmasına qarşı görülən tədbirlər çərçivəsində atılıb və əlavə göstəriş verilənədək davam edəcək. Ləğv edilmiş qatarlara biletlər əlavə haqq ödəmədən qaytarıla bilər.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53