Qulam İsaqzai: “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün Azərbaycan çox ciddi addımlar atıb”

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün Azərbaycan çox ciddi addımlar atıb".

"Report" xəbər verir ki, bunu Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş Bakı Forumunda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai bildirib.

O, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə xüsusi önəm verdiyini vurğulayıb:" Ümidvaram ki, Forum 2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına öz töhfəsini verəcək".

BMT rəsmisi vurğulayıb ki, Azərbaycan ilk dövlətlərdən biridir ki, Dayanıqlı İnkişaf Məqsədlərinin prinsipləri ilə bağlı ümumi siyahısını təqdim edib: “Bunu sabah təsdiq edəcəyik. Azərbaycan höküməti ilə əməkdaşlıqdan məmnunuq”.

Digər xəbərlər

AYNA-nın şirkəti rebrendinq edib 18 dekabr, 2025 / 17:09