Qobustan dəmir yolu stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Bakı. 13 aprel. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Qobustan stansiyasında yeni yoldəyişənlər quraşdırılır. 

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) "Report"a verilən məlumata görə, bu işləri 5 və 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-lər həyata keçirir. 

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 143 yoldəyişən yenisi ilə əvəz olunub. Hazırda Qobustan stansiyasında 2 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Bu, son 1 həftə ərzində əsaslı təmir olunan 5-ci yoldəyişən qurğudur. 

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28