Nazir müavini: “Gəncədə ictimai nəqliyyat tamamilə yenilənəcək”

Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin tamamilə yenilənməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun üçün zəruri vəsait ayrılıb: “Gəncədə avtobusların yenilənməsi və qarajların yenidən qurulması təmin ediləcək: "Lakin bu kifayət etmir. Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi digər şəhərlərimizdə - Naxçıvan, Mingəçevir, eləcə də işğaldan azad olunmuş ərazilərdə ictimai nəqliyyatın təşkili ilə bağlı məsələlərlə məşğul olur".

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53