Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub.

"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Komitənin sədri İlqar Sadıqov yeni əmr imzalayıb.

Əmrə əsasən, Əmirov Turab Siyasət oğlu aparat rəhbəri təyin edilib. O, bu gün qurumun kollektivinə təqdim olunub.

T.Əmirov bu təyinata qədər Komitənin Maliyyə və Təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Digər xəbərlər

Bakıda 21 istiqamətdə tıxac var 21 dekabr, 2025 / 18:06
AYNA-nın şirkəti rebrendinq edib 18 dekabr, 2025 / 17:09