Naxçıvanda magistral su xəttində qəza baş verib

Naxçıvan şəhərinin 3-cü mikrorayon ərazisində Babək küçəsində magistral su xəttində qəza baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır.

Qəzaya görə 3-cü mikrorayon ərazisinə suyun verilişi dayandırılıb.

Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar.

Axşam saatlarında suyun verilişinin bərpa ediləcəyi gözlənilir.

Digər xəbərlər