Naxçıvan iqtisadiyyatı 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan MR-da 2 milyard 743,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 3,8 % artaraq 5 912 manat olub.

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda isə 121,4 milyard manatlıq və yaxud ötən ilin eyni dövrünə nisbətən 4,8 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 49,8 % artaraq 12 064 manat olub.

Digər xəbərlər