Metronun “İçərişəhər” stansiyasında qatarların hərəkətində problem yaranıb

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün səhər saatlarında metronun “İçərişəhər” stansiyasında qatarın hərəkətində problem yaranıb. 

“Report” xəbər verir ki, nəticədə ümumi hərəkətdə təxminən 10 dəqiqə ləngimə olub. 

Faktı “Report”a təsdiq edən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, həmin qatar depoya göndərilib: “Nasazlıq saat 07:43-də qatar stansiyada olarkən qeydə alınıb. Qısa müddətdə həmin qatar yenisi ilə əvəz olunub. Ümumi olaraq 10 dəqiqə ləngimə olsa da, bu qrafikə təsir etməyib. Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkət edir”.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53