“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Mingəçevir şəhərinin ətrafında Kür çayının sağ sahilində formalaşmış sututarların (1) və Baş Mil-Muğan kollektorunun (2) suyundan suvarma məqsədli istifadənin texniki-iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Geo-Su Group" MMC-dir.
Qalib şirkətə müvafiq olaraq 1,2 milyon manat və 800 min manat, ümumilikdə isə 2 milyon manat ödəniləcək.