İsrail təyyarəsi sərnişinin vəfatı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib

Təl-Əviv - Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən "El Al İsrael Airlines" aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.

"Report" xəbər verir ki, təyyarə yerli vaxtla saat 12:44 dəqiqədə Bakıda, hava limanına enib.

Bildirilib ki, sərnişin uçuş zamanı vəfat edib.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53