İraq "Şimal-Cənub" layihəsinə qoşulmağa hazırdır

Bakı. 20 aprel. REPORT.AZ/ İraq Rusiya tərəfinin daşınmalarda maraqlı olacağı təqdirdə İran və Azərbaycan ərazisindən keçməklə "Şimal-Cənub" nəqliyyat dəhlizinə qoşulmağa hazırdır.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə İraqın Rusiyadakı səfiri Haydar Mansur Hadi "Asiya-Rusiya-Afrika: gələcəyin iqtisadiyyatı" forumu çərçivəsində bildirib.

Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi İran, Azərbaycan və Rusiya vasitəsilə Baltikyanı ölkələrlə Hindistan arasında nəqliyyat əlaqəsi yaratmaq üçün yaradılıb.

Xəbər lenti