İqbal Hüseynov: "Bu günədək Bakı-Tbilisi-Qars dəmir yolu ilə 20-yədək yük qatarı yola salınıb"

Bakı. 13 fevral. REPORT.AZ/ "Bu günə qədər Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 19-20 yük qatarı yola salınıb, eyni sayda da geri qayıdıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandıran "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov deyib.

İ.Hüseynovun sözlərinə görə, Çindən gələn qatarların Azərbaycandan keçməsi texniki cəhətdən mümkün deyil: "Həmin qatarlarla gələn yüklər Qazaxıstanda sovet tipli qatarlara yüklənilir".

Digər xəbərlər