Heydər Əliyev prospektinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq

Bakının Heydər Əliyev prospektinin 17,4-cü kilometrlik hissəsində, şəhər istiqamətində bu axşam saat 22:00-dan səhər saat 05:00-dək "P" tipli istiqamətverici lövhələrin quraşdırılması işləri aparılacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, qeyd olunan vaxt ərzində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53