Bakı. 30 mart. REPORT.AZ/ Bu gün axşam saatlarınadək Bakı şəhərinin Xəzər rayonunda Heydər Əliyev prospektinin Binə yol qovşağından Mərdəkan yol qovşağınadək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
Bu, “Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumatda bildirilib.
"Azəravtoyol" ASC Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirir. Bununla əlaqədar olaraq göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır", - deyə məlumatda qeyd edilib.