Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda piyada keçidi inşa edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYYDA) respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 3,84-ci kilometrində yerüstü piyada keçidi inşa edir.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, piyada keçidinin uzunluğu 30, eni isə 3,5 metrdir. Sözügedən yolun 4,59 və 8,76-cı kilometrlik hissələrində də daha iki bu cür piyada keçidinin inşası nəzərdə tutulur.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53