Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan dəmir yolları vasitəsilə daşınan neft məhsullarının həcmi illik müqayisədə 43 % artıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gücüstan Dəmir Yolları” SC-dən bildirilib.
Hesabat dövründə daşınan yüklərin həcmi 9,1 milyon ton (+12 %), əldə olunan gəlir isə 264 milyon lari (84 milyon ABŞ dolları) təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 14 % çoxdur.
İlk 9 ayda orta dəhlizlə TEU tipli konteyner daşımaları 51 %, Çindən/Çinə isə 3,5 dəfə artıb.