Gürcüstan Çindən Avropaya yük daşımalarının müddətini qısaltmağa çalışır

Gürcüstan Çin-Avropa nəqliyyat marşrutunun Türkiyə-Qırğızıstan istiqaməti üzrə yüklərin daşınması müddətini qısaltmağa çalışır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib.

Qeyd olunub ki, istiqamət üzrə ən yaxşı daşınma müddəti 18 gün olmaqla 2021-ci ilin mayında qeydə alınıb. SC nəticənin yaxşılaşdırılması və çatdırılma müddətinin 12 günədək azaldılması üçün aktiv iş aparır.

Qurumdan bildirilib ki, ötən il marşrut üzrə TEU tipli konteynerlərlə yük daşımalarının həcmi illik müqayisədə 2 dəfə artıb.

Çin-Avropa nəqliyyat marşrutunun Xəzər dənizindən keçən hissəsində Bakı-Türkmənbaşı-Bakı istiqamətində daşınacaq yüklərin həcmində artım gözlənilir. Belə ki, bu ilin aprel ayından etibarən yük gəmilərinin və reyslərin sayı 2-yə çatdırılacaq.

Digər xəbərlər