Gəncədəki avtodaşıyıcıların problemləri dinlənilib

"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzinin nümayəndələri ilə birgə ölkənin Qərb bölgəsində fəaliyyət göstərən beynəlxalq avtomobil daşıyıcıları ilə görüş keçirib.

"Report" Assosiasiyaya istinadən xəbər verirk i, görüşdə 20-dən artıq şirkətin nümayəndəsi və sürücü iştirak edib.

Məqsəd avtodaşıyıcıların problemlərini dinləmək, onları yeni qəbul olunmuş normativ-hüquqi sənədlər barədə maarifləndirmək, sürücülərin peşə hazırlığı sahəsində görülən işlər, yeni iş yerlərinin açılması istiqamətləri və digər aktual məsələləri müzakirə etmək olub.

Digər xəbərlər