Gəncə şəhərinin Əli Məmmədov küçəsində Ekoloji Park kompleksinin və onun ətrafında abadlıq işlərinə (2-ci hissə) 6 milyon 189 min 463,25 manat vəsait sərf olunacaq.
"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Abadlıq işləri "Gəncə Körpü Tikinti-2" ASC-yə həvalə olunub. O, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin elan etdiyi tenderin qalibi olub.
Qeyd edək ki, müqavilə predmeti olan işlərin xərci ehtimal olunan qiymətdən 51,1 min manat və ya 0,8 % azdır.