“Orta Dəhliz İtaliya və bütövlükdə Avropa üçün həlledici əhəmiyyətə malikdir”.
“Report” xəbər verir ki, bunu Şuşada keçirilmiş konfransın iştirakçısı, Roma Sapienza Universitetinin professoru Daniel Pomye Vinçelli deyib.
“Bu gün İtaliyanın təbii qaz tədarükünün 20%-i Azərbaycanın payına düşür. Biz Avropanın enerji təhlükəsizliyini gücləndirmək üçün Cənub Qaz Dəhlizinin inkişafını davam etdirməliyik”, - o vurğulayıb.
Onun fikrincə, hazırda yeni geosiyasi reallıqlar, ilk növbədə Rusiyanın Ukraynaya təcavüzü səbəbindən İtaliya Cənub Qaz Dəhlizindən daha çox asılıdır: “Odur ki, Azərbaycan və Türkiyə vasitəsilə Avropanı Asiya ilə birləşdirən Orta Dəhliz ticarətin inkişafına böyük töhfə verə bilər. Ona görə də biz bu layihəni dəstəkləyirik”.