Noyabrın 29-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a Komitədən bildirilib.
Məlumata görə, qəbul saat 10:00-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Komitənin (+994 12) 493 34 67, (+994 12) 595 13 50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, arxkom.gov.az internet səhifəsinin “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq da qəbula yazılmaq mümkündür.