Dövlət Gömrük Komitəsi yeni inzibati binasına daha 4,6 mln manat xərcləyəcək

Dövlət Gömrük Komitəsi yeni inzibati binasının telekommunikasiya, rabitə, mühafizə və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə işlərin həyata keçirilməsi ilə əlaqədar mal iş və xidmətlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "FF Construction" MMC-dir.

Qalib şirkətə 4 milyon 585,7 min manat ödəniləcək.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsi artıq yeni inzibati binasına ümumilikdə 40 milyon 759,8 min manat xərcləyib.

Digər xəbərlər

AYNA-nın şirkəti rebrendinq edib 18 dekabr, 2025 / 17:09