Bakı. 4 aprel. REPORT.AZ/ Çin hökumətinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına təqdim etdiyi avadanlığın təqdimatı keçirilib.
"Report" xəbər verir ki, mərasim Ticarət Limanının əsas yük terminalında baş tutub.
Söhbət Çinin İqtisadi və Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzindən alınmıç 34 ədəd liman yükqaldırıcı və yüknəqledici avadanlıqdan gedir. Ümumi dəyəri 3,867 mln. ABŞ dolları olan avadanlıq Azərbaycan və Çin hökuməti arasında imzalanmış qrant müqaviləsi əsasında gətirilib. Yeni texnikaların təhvil-təslim aktını baş nazirin müavini Abid Şərifov və Çinin Azərbaycandakı səfiri Vey Cinhua imzalayıblar.