Cənubi Koreya Azərbaycanla aviasiya sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Cənubi Koreya Azərbaycanla aviasiya sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq bu ölkənin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata əsasən, Koreyanın Azərbaycandakı səfiri Kan Kımqu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayevlə görüşərək iki ölkə arasında əməkdaşlıq imkanlarını müzakirə edib: "Görüş zamanı tərəflər birbaşa aviareyslərin açılması, hava limanlarını idarə edən qurumlar arasında əməkdaşlığın inkişafı və aviasiya sahəsində digər istiqamətlər üzrə əməkdaşlıq potensialının mövcudluğu barədə ortaq mövqeyə gəlmiş və bu məqsədlə danışıqları davam etdirmək barədə razılığa gəliblər".

Digər xəbərlər