Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Bakıda Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.

Bunu "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, artıq söküntü işlərinə başlanılıb: "Ərazidə hərəkət tam məhdudlaşdırılıb və xüsusi ağır texnikalar cəlb edilib. Hazırda layihə aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir".

Digər xəbərlər

Bakıda 15 istiqamətdə tıxac var 16 dekabr, 2025 / 08:25